“Bu günə qədər olan iqtisadi paketlər barədə İqtisadiyyat Nazirliyi məlumat verib”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, hər hansı iqtisadi yardım olacaqsa, bu barədə ictimaiyyətə məlumat veriləcək: “Bu sual barədə aidiyyəti qurumlara da məlumat veriləcək”.