Dünyanın ən böyük təyyarə istehsalçılarından olan ABŞ-ın "Boeing" şirkəti koronavirusla bağlı öz fəaliyyətini dayandırıb.
Lent.az-ın məlumatına görə, bu barədə “Vaşinqton post” xəbər yayıb. Məlumata görə, şirkətin Cənubi Karolina ştatında yerləşən zavodları tam dayanıb. Sifariş verilən son model "Boeing 787 Dreamliner" təyyarələrinin istehsalı da qeyri-müəyyən vaxta qədər təxirə salınıb.