Bir çox dünya brendinin ölkəmizdəki rəsmi distribüteri olan “Baku Electronics” öz mağazaları sırasına daha birini əlavə etdi. Xırdalanda sayca ikinci mağazasını təqdim edən “Baku Electronics” burada yaşayan sakinlərin elektronika və məişət cihazlarına olan tələbatını tam ödəməyi hədəfləyib. Heydər Əliyev prospekti 453-də yerləşən mağaza alıcılara yüzlərlə məhsul çeşidi üzrə müxtəlif kampaniyalar və ödəmə rahatlığı təklif edir. Alıcı məmnuniyyətini hər zaman üstün tutan mağazalar şəbəkəsi eyni prinsipləri ilə əhatə dairəsini genişləndirməyə davam edəcək.
“Baku Electronics”in 8-i Bakı şəhərində, digərləri isə Gəncə, Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Lənkəran, Şəki, Xaçmaz və Mərdəkanda olmaqla ümumilikdə 20 mağazası fəaliyyət göstərir. Ölkə üzrə bütün mağazalarda alıcılar məhsullarımızdan və kampaniyalarımızdan tam yararlana bilərlər.
www.facebook.com/pg/Baku.Electronics.MMC