“Azərsun Holding” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
24 mart 2020 15:45 (UTC +04:00)

“Azərsun Holding” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb


Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holding” Şirkətlər Qrupu Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb.

APA xəbər verir ki, Şirkətlər Qrupuna məxsus Azərbaycan Sənaye Bankı da Prezidentin çağırışına səs verərək Fondun hesabına 250 min manat ianə edib.

Qeyd edək ki, bütün dünyada yayılmış koronavirus infeksiya ilə mübarizə çərçivəsində ölkəmizdə elan olunmuş xüsusi rejimin bütün tələblərinə riayət edilərək “Azərsun Holding”in nəzdində fəaliyyət göstərəm bütün istehsal müəssisələr, satış və təminat bölmələri, Şirkətlər Qrupuna daxil olan pərakəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətini davam etdirir. “Azərsun Holding” bu xüsusi günlərdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heç bir problemin olmayacağına və qida məhsulları qıtlığının yaşanmayacağına təminat verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822
avatar

Oxşar yazılar