“Azərkosmos” ASC 2020-2021-ci illər üzrə “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsini elan edib.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, layihədə iştirak ödənişsizdir.
Layihənin əsas məqsədi “Azərbaycanda peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən “Azersky” peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir.
Layihədə iştirak etmək üçün təklifləri 31 may 2020-ci il tarixinə qədər www.azercosmos.com saytında qeyd olunan iştirak forması ilə qeydiyyatdan keçirmək olar. Müsabiqənin iştirak şərtləri ilə ətraflı ASC-nin rəsmi səhifəsindən tanış olmaq olar.