"Azərişıq"dan işıq oğrularına XƏBƏRDARLIQ
27 fevral 2020 15:56 (UTC +04:00)

"Azərişıq"dan işıq oğrularına XƏBƏRDARLIQ

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti bəzi istehlakçıların, xüsusən də fərdi yaşayış evi, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixana və s. obyektlərin sahiblərinə növbəti dəfə xəbərdarlıq edib.

"APA-Economics"in məlumatına görə, bununla bağlı cəmiyyətin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəylinin jurnalistlərə açıqlamasında bildirib ki, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqa zidd hərəkətlərə yol verən istehlakçıların enerji təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün hüquq mühafizə orqanlarına müraciət olunaraq ASC-nin saytında və KİV-də ictimaiyyətə açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2043
avatar

Oxşar yazılar