Zidan, Bekhem və Tottinin oğulları futbolda necədir?  Onlar artıq...
07 oktyabr 2025 15:03 (UTC +04:00)

Zidan, Bekhem və Tottinin oğulları futbolda necədir? Onlar artıq...

0

Futbol əfsanələrinin övladları həmişə idmanda uğur qazanmırlar.

Ən azı üç nümunə var:

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Romeo Bekhem 22 yaşında karyerasını başa vurub. "Mançester Yunayted"in və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisinin oğlu müqavilənin müddəti bitdikdən sonra, uzadılması təklifinə baxmayaraq, ehtiyatda oynadığı “Brentford”dan ayrılıb. O, model olmaq qərarına gəlib.

Kristian Totti 19 yaşında karyerasını başa vurub. Qərara güclü psixoloji təzyiq və məşhur atası ilə davamlı müqayisələr səbəb olub.

Enzo Zidan 29 yaşında karyerasını bitirib. Zidan bütün diqqətini investisiyaya yönəltməyi planlaşdırır. O, 10 yaşında “Real” qoşulub və klub sıralarında irəliləyib. O, Fransanın “Alaves”, “Lozanna”, “Alveş”, “Almeriya”, “Rodez” və İspaniyanın “Fuenlabrada” klublarında çıxış edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar