<span style="color:red;">ŞOK!  Vurduğu qola sevindi, dünyasını dəyişdi
20 oktyabr 2014 14:42 (UTC +04:00)

ŞOK! Vurduğu qola sevindi, dünyasını dəyişdi

Hindistanın "Betlehem Bentlanq" klubunun futbolçusu Peter Biaksanqzuala dünyasını dəyişib. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, buna hindistanlı futbolçunun qol sevinci yaşarkən aldığı zədə səbəb olub. Mizoram ştatının yüksək liqasında "Çanmari Vest"lə görüşdə fərqlənən gənc futbolçu vurduğu qolu salto aşmaqla bayram edib.  Lakin yerə uğursuz şəkildə düşən yarımmüdafiəçi ayağa qalxa bilməyib. Biaksanqzuala yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2140

Oxşar yazılar