Uelbek “Qalatasaray”ın sayəsində tarixə düşdü
02 oktyabr 2014 11:26 (UTC +04:00)

Uelbek “Qalatasaray”ın sayəsində tarixə düşdü

"Arsenal"ın hücumçusu Denni Uelbek komandanın tarixinə düşüb. Lent.az-ın məlumatına görə, ingilis futbolçu Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qalatasaray"a qarşı matçda het-trik edib. 23 yaşlı hücumçu ilk yarıda 8 dəqiqə ərzində dubl edib. 52-ci dəqiqədə isə Uelbek üçüncü dəfə İstanbul təmsilçisini cəzalandırıb. Bununla da o, “Arsenal”ın tarixində Çempionlar Liqasında het-trik edən sayca üçüncü futbolçu olub.

 

 

Uelbekə qədər buna yalnız Tyerri Anri və Nikolas Bendtner nail olmuşdu. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976
avatar

Səlcuq Elçin

Oxşar yazılar