Türkiyəli hakim Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb. Lent.az-ın məlumatına görə, təcrübəli referi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya – Danimarka oyununu idarə edəcək. Belqradda baş tutacaq qarşılaşmada Çakıra Bahattin Duran və Tarık Ongün yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Əmrə Eyisoyu yerinə yetirəcək.
Qeyd edək ki, UEFA-nın Serbiyanı cəzalandırdığı oyun boş tribunalar önündə keçiriləcək.