"Qarabağ" futbol klubunun hücumçusu Reynaldo Silva 20 Yanvar qurbanlarını anıb. Lent.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, futbolçu "İnstaqram" səhifəsində 20 Yanvar faciəsi ilə əlaqədar foto və Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirini paylaşıb.
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər...
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər...
Braziliyalı futbolçunun bu addımı onu izləyənlər tərəfindən alqışalayiq hərəkət kimi qiymətləndirib.
Qeyd edək ki, Reynaldo 2013-cü ilin yanvar ayında "Qarabağ"a Belçikanın "Anderlext" klubundan transfer olunub və komandanın ən önəmli simalarından biri sayılır. Hücumçu 2013/14 mövsümündə vurduğu 22 qolla ölkə çempionatının bombardiri olub.