Rəşad Sadıqov "Dnepr"lə oyuna qiymət verdi <span style="color:red;">- AÇIQLAMA
07 noyabr 2014 12:03 (UTC +04:00)

Rəşad Sadıqov "Dnepr"lə oyuna qiymət verdi - AÇIQLAMA

“Dnepr”lə oyunun ağır olacağını bilirdik. Məqsədimiz sərfəli nəticə qazanmaq idi. Əfsuslar olsun ki, alınmadı”. Bu sözləri Lent.az-a açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Təcrübəli müdafiəçi “Dnepr”lə dünən keçirilən oyundakı məğlubiyyəti belə şərh edib: “İkinci qol komandanı “sındırdı”. Əslində oyuna yaxşı başlamışdıq. Amma buraxdığımız səhvlər bizə başa baha gəldi. “Dnepr” məhz həmin səhvlərin nəticəsində qollar vurdu. Bu məğlubiyyəti unudub, növbəti oyuna hazırlaşmalıyıq. Qarşıda “Sent-Etyen”lə görüş var. Bu oyun da çox ağır keçəcək. Təbii ki, “pley-off”a yüksəlməyi biz də istəyirik. Amma qrupda asan rəqiblərlə qarşılaşmırıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Tengiz Məmmədov

Oxşar yazılar