Norveçli futbolçu Azərbaycanla oyunda rekord qıra bilər
09 oktyabr 2014 15:21 (UTC +04:00)

Norveçli futbolçu Azərbaycanla oyunda rekord qıra bilər

Norveçin “Stromsqodset” futbol klubunun oyunçusu Martin Odeqard rekorda imza ata bilər. Lent.az-ın məlumatına görə, Norveçin əsas millisinə çağırılan 15 yaşlı futbolçu Malta ilə keçiriləcək sabahkı qarşılaşma da daxil olmaqla, növbəti 4 oyundan birində iştirak etsə, Avropa çempionatının seçmə mərhələləri tarixində iştirak edən ən gənc futbolçu adına yiyələnəcək. Qeyd edək ki, Norveç millisinin formasını geyinən ən gənc futbolçu adı da məhz Odeqarda məxsusdur. Odeqard 15 yaş 253 günlüyündə BƏƏ-yə qarşı keçirilən yoxlama matçında forma geyinib. Sabah Maltaya qarşı oyunda iştirak etsə, Odeqard 15 yaş 297 günlüyündə millinin heyətində AÇ-nin seçmə mərhələ oyununa çıxacaq və bununla da, 16 yaş 251 günlüyündə oyun keçirən islandiyalı Siqurdur Yonssonun rekordunu yeniləyəcək.

Əlavə edək ki, Avropa çempionatlarının seçmə mərhələləri tarixində qol vuran ən gənc futbolçu isə Qaret Beyldir (17 yaş 83 gün). Yəni Odeqardın bu rekordu da qırmaq şansı var.

 

Qeyd edək ki, Norveç millisinin qrupdakı rəqibləri arasında Azərbaycan da var. Odur ki, Oleqardın rekordu yığmamızla oyunda qırmaq şansı da mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar