NBA-nın 2014-15 mövsümünün növbəti turu çərçivəsində dünən 6 oyun baş tutub. Lent.az-ın məlumatına görə, komandaların heç biri matçda böyük üstünlük əldə edə bilməyib. Yəni bütün oyunlar gərgin mübarizə şəraitində keçib. Xüsusilə “Portlend” – “Şarlott” qarşılaşmasında qalibin adı son saniyələrdə bəlli olub.
“Memfis”ə məğlub olan “Leykers”in basketbolçusu Kobi Brayant yeni “rekord” müəyyənləşdirib. Belə ki, oyunu uğursuz keçirən Braynt karyerası ərzində səbətə düşməyən, yəni qeyri-dəqiq zərbələrinin sayını 13 min 421-ə çatdıraraq, “Boston”un oyunçusu Con Havliçeki (13 min 418) qabaqlayıb.
“Toronto” – “Orlando” 104:100
“Memfis” – “Leykers” 107:102
“Miluoki” – “Oklahoma-Siti” 85:78
“Dallas” – “Sakramento” 106:98
“Portlend” – “Şarlott” 102:100
“Qolden Steyt” – “San-Antonio” 100:113