Məşhur tennisçilərin adı oyun alqı-satqısına qarışıb
18 yanvar 2016 14:31 (UTC +04:00)

Məşhur tennisçilərin adı oyun alqı-satqısına qarışıb

 

Böyük tennisdə qalmaqal baş verib. Dünyanın ən məşhur 16 tennisçisi danışılmış oyunlarda ittiham olunur.

 

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bukmeyker kontorlarında oyunlar üçün gedişləri izləyən ekspertlər 50 görüşü şübhə altına alıblar. Onlardan bəziləri dünyanın ən nüfuzlu tennis turnirlərindən biri olan “Uimbldon”da oynanılıb. Bu işdə əli olmaqda şübhəli bilinən idmançıların adları hələ ki, açıqlanmır.

 

Təhqiqatı dərc edən BBC kompaniyası və “Buzzfeed” internet-nəşrinin jurnalistləri tennisçilərdən hər hansı birinin danışılmış oyunlarda iştirakını sübuta yetirmək üçün onların telefon danışıqlarının, kompyuter və bank hesablarının araşdırılmasını vacib sayırlar.

 

Hələlik şübhə doğuran 8 nəfərin bu gün Melburnda start götürəcək “Australian Open” turnirinin iştirakçıları arasında olduqları məlumdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar