Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 7-ci turunda Şəhriyar Məmmədyarov Yevgeni Tomaşevski ilə heç-heçə oynayıb. Lent.az-ın məlumatına görə, Məmmədyarov partiyadan sonra oyunu haqda danışıb: "5 turdan sonra demişdim ki, itiriləsi heç nə yoxdur. Son 2 turda risk etməyə çalışdım. Sadəcə, uduşa gedən yollar asan deyil. Bu partiyada üstünlük var idi, amma böyük üstünlük deyildi. Bütün fiqurlarım yerində olsa da, güclü üstünlük hiss olunmurdu. Qələbə üçün ideal vəziyyət yaranmadı. Hiss etdim ki, rəqib üstünlük qazana bilər. Onda vəziyyət çətinləşəcəkdi. Uduzmaq istəməzdim. Ona görə heç-heçəylə razılaşdıq”.