Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dnepr” (Ukrayna) – “Qarabağ” (Azərbaycan) matçı Kiyevdə metropolitenin iş qrafikinə təsir edib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq qarşılaşma səbəbindən nəqliyyatçılar 1 saat artıq işləyəcəklər. Belə ki, oyun yerli vaxtla 22:05-də başladığından metropoliten rəhbərliyi azarkeşləri nəzərə alıb. Onlar metronun saat 00:00-da deyil, 01:00-da bağlanacağını açıqlayıblar.
Qeyd edək ki, görüş Olimpiya Milli İdman Kompleksinin stadionunda baş tutacaq.