Jaba "Bakı"ya qayıtdı
16 oktyabr 2014 10:58 (UTC +04:00)

Jaba "Bakı"ya qayıtdı

“Bakı”ya qayıdan braziliyalı futbolçu Jaba klub prezidenti Hafiz Məmmədovla görüşüb. Lent.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, Jaba qarşıdakı 1 ili “zolaqlılar”ın heyətində keçirəcək. O, paytaxt klubunda 85 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Jaba 2012-ci ildə “Bakı”dan ayrılaraq, “Antalyaspor”la müqavilə imzalamışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar