![İbrahimoviç:[b] “Elə bildim ki, uşaqlara qarşı oynayıram”[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
İbrahimoviç:[b] “Elə bildim ki, uşaqlara qarşı oynayıram”[/b]
“Hakim mənə qırmızı vərəqə göstərəndə inanmağım gəlmədi. Düşündüm ki, referi yanlışlığa yol verdi”. Lent.az-ın məlumatına görə, bu sözləri PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç deyib.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə keçirilən cavab oyununda meydandan qovulan isveçli futbolçu bunu şərh edib. İbrahimoviç söhbət əsnasında rəqib oyunçulara söz atıb: “Hakimdən çox “Çelsi”nin futbolçularını qınadım. Çünki qırmızı vərəqə alan kimi hamısı məni əhatəyə aldı, iradlarını bildirdi. Bir anlıq elə bildim ki, uşaqlara qarşı oynayıram. Sanki böyük bir hadisə olub, onlara qeyri-adi gəlib”.
Qeyd edək ki, İbrahimoviç meydandan qovulsa da, komandası Londonda 2:2 hesablı heç-heçə edərək, adını növbəti mərhələyə yazdırıb.
Oxşar yazılar

24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51
Lamin Yamal sevimli oyunçusunun adını çəkdi - bu, Neymar və Messi deyil
29 iyun 2025 , 14:02
"Çelsi" dünya çempionatının 1/4 finalına yüksəldi
29 iyun 2025 , 04:19
"Palmeyras" dünya çempionatının 1/4 finalında
29 iyun 2025 , 01:32
Poqba "Monako" ilə müqavilə imzaladı
28 iyun 2025 , 21:52
"Barselona" Messinin maaş borcunu indi ödəyir
28 iyun 2025 , 17:53
30 milyonluq futbolçunu 100 milyona satırlar - 4 klub onu istəyir
28 iyun 2025 , 16:41