Hicablı qadın futbol hakimi oldu
12 noyabr 2014 13:50 (UTC +04:00)

Hicablı qadın futbol hakimi oldu

Türkiyədə ilk dəfə olaraq hicablı qadın hakim futbol matçına təyinat alıb. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, FİFA-nın oktyabr ayında qəbul etdiyi yeni qərardan sonra Türkiyədə bu yenilik tətbiq olunmağa başlayıb. Buhra Yurdakul adlı gənc xanım U-15 liqasında "Demirspor"- “Sandıklıspor” matçında yan xətt hakimi vəzifəsini yerinə yetirib. Buhra uzun qollu, qara rəngli hakim forması geyiniz və hicab taxıb. Türkiyə futbol tarixinə keçən B.Yurdakul 1 ildir ki, bu anı gözlədiyini deyib: "FİFA-nın yeni qərarından sonra meydana hicabla çıxa bildim. Çox xoşbəxtəm. Xəyallarım gerçək oldu”.

Qeyd edək ki, FİFA-nın yeni qərarına əsasən, qadın hakimlər və futbolçuların meydana hicabla çıxmasına icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Tengiz Məmmədov

Oxşar yazılar