Gürcütsanda türkiyəli jurnalistləri döydülər
25 iyul 2014 11:38 (UTC +04:00)

Gürcütsanda türkiyəli jurnalistləri döydülər

Avropa Liqasının ikinci təsnifat mərhələsində "Çixura" - "Bursaspor" matçından sonra qalmaqal baş verib.

 
Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, oyun bitdikdən sonra keçirilən mətbuat konfransında "Çixura"nın baş məşqçisi Soso Pruizde və qapıçı Kvilitainin açıqlamaları türkcəyə tərcümə olunmayıb. Bundan sonra gürcü və türkiyəli jurnalistlər arasında mübahisə yaşanıb. Bu zaman gürcüstanlı azarkeşlər və jurnalistlər türkiyəli mətbuat nümayəndələrini döyüb. Davada Türkiyənin bir neçə jurnalisti yaralanıb. 

Yalnız mühafizəçilərin müdaxiləsindən sonra gürcü azarkeşlər və jurnalistlər hadisə yerindən uzaqlaşdırılıb. Türkiyəli jurnalistlər isə ifadələri alındıqdan sonra stadionu tərk ediblər. Baş verən hadisələrə görə "Bursaspor" Gürcüstanı üç saat gec ayrılıb. 

Qeyd edək ki, penaltilər seriyasında qalib gələn "Çixura"  Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar