Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi postuna Ərsun Yanalın gətiriləcəyini gün ərzində xəbər vermişdik. Lent.az-ın məlumatına görə, artıq münasibətlər rəsmiləşib. Belə ki, “Trabzonspor” Yanalla 1 il 6 aylıq müqavilə bağlayıb. Bu isə o deməkdir ki, təcrübəli mütəxəssis 2016-cı ilin yayına qədər “bordo-mavililər”i çalışdıracaq.