Əfsanəvi futbolçu, Braziliya yığmasının sabiq üzvü Romario klub prezidenti olub. Lent.az-ın məlumatına görə, sabiq “11 nömrə” ölkəsinin “Amerika” klubunun rəhbər vəzifəsinə keçib.
Qeyd edək ki, Romarionun atası adıçəkilən klubun azarkeşi olub və oğlunun nə vaxtsa “Amerika”da çıxış etməsini arzulayıb. Atasının istəyini həyata keçirən Romario onun ölümündən sonra kluba tez-tez maddi cəhətdən dəstək olurdu. Bu mənada onun klub prezidenti seçilməsi ölkə mətbuatı tərəfindən təəccüblü qarşılanmayıb.