Çempionlar Liqası Bakıda start götürür
11 noyabr 2014 18:02 (UTC +04:00)

Çempionlar Liqası Bakıda start götürür

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının yeni mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümündə qitənin ən nüfuzlu klub turniri Bakıdakı görüşlə başlayacaq. Belə ki, yarışda Azərbaycanı təmsil edən iki komandadan biri turnirin açılış matçının iştirakçısı olacaq. Ölkəmizin ən köklü klubu olan “Azəryol” tarixində 10-cu dəfə Çempionlar Liqasında mübarizəyə qoşulacaq.

12 il əvvəl bu yarışda debüt edən paytaxt təmsilçisi yubiley mövsümünü Bakıda Fransanın “Nant” klubu ilə görüşlə başlayacaq. Azərbaycan Super Liqasının gümüş mükafatçısı özü kimi ölkəsində 2-ci olan rəqiblə matçın favoriti sayılır.

Düzdür, Nant təmsilçisi son matçında Fransanın ən titullu klubu “Kann”ı 3:2 hesabı ilə məğlub etdikdən sonra Bakıya yüksək əhval-ruhiyyədə gəlir. Lakin Aleksandr Çervyakovun yetirmələri Azərbaycan çempionatına eyni hesablı məğlubiyyətə başlamasına baxmayaraq, “Uraloçka” ilə hazırlıq matçlarından sonra yenilgini unudub. Onlar bununla da adaptasiya dövrünü də bitirərək fransalılarla matça iddialı çıxacaqlarını nümayiş etdiriblər.

“Azəryol”la yanaşı, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Rabitə” isə artıq bu yarışın daimi iştirakçısına çevrilib. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu turnirinə qatılan bakılılar indiyədək qrup mərhələsində büdrəməyiblər. Bunların ikisində gümüş, birində bürünc qazanan son illərin dəyişməz ölkə çempionu bu dəfə təkcə qrup mərhələsinin deyil, yarışın əsas favoritlərindəndi. Yubiley mövsümünə qatılan “rabitəçilər” Polşa və Rusiya kimi aparıcı voleybol ölkələrinin çempionları – “Ximik” və Kazan “Dinamo”su ilə duellərdə qrup birincisi olmaq iddiasındadı. Bunun üçün komanda ilk sınağına Polşada çıxacaq. Komandamızın qrup mərhələsində nadir hallarda xal itirdiyini nəzərə alsaq, Dejan Brdjoviçin yetirmələrinin səfərdən 3 xalla dönəcəyini gözləmək olar.

 

Çempionlar Liqası

I tur

12 noyabr

 

B qrupu

18:00. “Azəryol” (Azərbaycan) – “Nant” (Fransa)

Hakimlər: Yuri Bakunoviç (Belarus), Yevgeni Makşanov (Rusiya)

Bakı. Voleybol Mərkəzi

 

A qrupu

21:00. “Ximik” (Polşa) – “Rabitə” (Azərbaycan)

Hakimlər: Jolt Mezöffi (Macarıstan), Ahti Huntaniska (Finlandiya) 

Şetsin. Vidoviskovo sarayı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Tengiz Məmmədov

Oxşar yazılar