Buffondan məğlubiyyət şərhi
23 oktyabr 2014 15:50 (UTC +04:00)

Buffondan məğlubiyyət şərhi

“Yuventus”un təcrübəli qapıçısı Canluici Buffon komandasının Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Olimpiakos”a məğlubiyyətini şərh edib. O, ilk hissədə çox pis təsir bağışladıqlarını etiraf edib: “İkinci hissəni ələ keçirdik. Xeyli sayda qol vəziyyəti yaratsaq da, imkanları dəyərləndirə bilmədik. Birinci hissədə isə ümumiyyətlə oyunumuz alınmadı. Əgər fasiləyə kimi də öz oyunumu göstərə bilsəydik, qələbə qazanan tərəf olacaqdıq. Bu məğlubiyyətdən sonra növbəti mərhələyə adlamaq işimiz bir qədər də çətinləşdi”.

Qeyd edək ki, 3 oyundan sonra “Yuventus”un aktivində cəmi 3 xal var. “Qoca sinyora” bu nəticə ilə üçüncü pillədə qərarlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662
avatar

Tengiz Məmmədov

Oxşar yazılar