
Bu gün "Ağ Pele"nin ad günüdür
Bu gün dünya futbolunun əfsanələrindən olan Artur Zikonun doğum günüdür. “Ağ Pele” ləqəbi ilə tanınan keçmiş “10 nömrə” 62 yaşını tamamlayır.
Zikonun futbolçu karyerasının əsas hissəsi “Flamenqo” ilə bağlıdı. 1971-83 və 1985-89-cu illərdə bu klubun formasını geyinmiş sabiq yarımmüdafiəçi aradakı 2 ili İtaliyada, daha dəqiq desək, “Udineze”də keçirib. Sonuncu dayanacağı isə Yaponiya təmsilçisi “Kaşima Antlers” olub.
1994-cü ildə butslarını mismardan asan Ziko məşqçilik karyerasına futbolla vidalaşdığı klubda başlayıb. 1999-cu ildə “Kaşima Antlers”in sükanı arxasına keçən Zikonun burdakı fəaliyyəti çox çəkməyib. Sonrakı illərdə Yaponiya və İraq millilərini də çalışdıran “sambaçı” həmçinin “Fənərbağça” (Türkiyə), “Bunyodkor” (Özbəkistan), ÇSKA (Moskva, Rusiya), “Olimpiakos” (Yunanıstan), “Əl-Qarafa” (Qətər) klublarına da başçılıq edib. Ötən ildən etibarən isə Hindistanın “Qoa” klubunun sükanı arxasındadı. Braziliya yığmasında 72 oyunda 52 qola imza atan Ziko 3 dünya çempionatının iştirakçısıdı. 1978, 1982 və 1986-cı illərdəki mundiallara qatılan “10 nömrə”nin dünya çempionatlarında ən böyük uğuru bürünc medalla kifayətlənir. 1978-ci ildə Zikonun da heyətində yer aldığı Braziliya millisi dünya üçüncüsü olub.
Oxşar yazılar

"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25