2016-cı ildə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək Braziliyada maraqlı addım atılıb. Lent.az-ın məlumatına görə, ölkənin mərkəzi bankı Olimpiadaya həsr olunmuş 9 fərqli qəpik buraxıb. Bəzi qəpiklərin üzərində ölkənin tanınmış yerləri təsvir edilib. 1 reala bərabər qəpiyin üzərində isə olimpiya və paralimpiya idman növləri əks olunub.
Olimpiadanın startına qədər Braziliyada ümumilikdə 36 növ qəpik buraxılacaq.