Böyükağa Hacıyev: “Bu kamançanın səsi həftəsonu çıxacaq”
04 noyabr 2014 14:20 (UTC +04:00)

Böyükağa Hacıyev: “Bu kamançanın səsi həftəsonu çıxacaq”

"Bu xəbər mənə çox ağır gəldi, ancaq "Araz Naxçıvan"ın dağılacağına inanmıram".

Lent.az-ın məlumatına görə, bu sözləri qol.az saytına açıqlamasında "Araz"ın sabiq futbolçusu və baş məşqçisi Böyükağa Hacıyev deyib.

"Araz Naxçıvan" klubunun fəaliyyətini dayandırması ilə bağlı verdiyi bəyanata münasibət bildirən təcrübəli mütəxəssis sabiq komandasının dağılacağına inanmadığını bildirib: "Görəcəksiniz, “Araz Naxçıvan” dağılmayacaq. Bu, heç vaxt baş verməyəcək. Siz bu həftənin sonuna qədər səbr edin. Bu kamançanın səsi həftəsonu çıxacaq. Hazırda Naxçıvandan uzaqdayam. Klubda baş verənlərdən xəbərdar deyiləm. Məncə, Muxtar Respublika rəhbərliyi buna imkan verməyəcək, lazım olan qərarı çıxaracaq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082
avatar

Tengiz Məmmədov

Oxşar yazılar