AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq İtaliya yığması hazırlığını davam etdirir.
Lent.az-ın məlumatına görə, “Skuadra Adzurra”nın müdafiəçisi Leonardo Bonuççi oktyabrın 10-da keçiriləcək görüş haqda fikirlərini bildirib. İtaliya mətbuatına danışan təcrübəli futbolçu Azərbaycan yığmasına hörmətlə yanaşdıqlarını deyib: “Məlumdur ki, cütün favoriti bizik. Öz meydanımızda bizi yalnız qələbə qane edə bilər. Seçmə mərhələyə qələbə ilə başlamışıq və bunun davamını gətirmək istəyirik. Rəqibə də hörmətlə yanaşırıq. Bilirik ki, onlar bizimlə oyuna yaxşı motivasiya olublar”.
Əlavə edək ki, İtaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.