Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçiriləcək
18 noyabr 2014 16:15 (UTC +04:00)

Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçiriləcək

Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Baş Assambleyası keçiriləcək.

 

Lent.az-ın məlumatına görə, 21-22 noyabr tarixlərində baş tutacaq Baş Asssambleyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edəcək. Baş Assambleya 21 noyabr tarixində “Fairmont Baku Flame Towers” otelində öz işinə
başlayacaq. Baş Assambleyada AOK-un prezidenti Patrik Hikki, AOK-un baş katibi Rafaele Pagnozzini, BOK-un baş katibi Gunilla Lindberg, BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, AOK-un “Olimpiya oyunları”, “Marketinq və rabitə”, “AGOF”, “Avropa Birliyi”, ”İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi, ”Tibb və anti-dopinq”, ”İdmanda gender bərabərliyi” və ”Atletika” komissiyalarının sədrləri hesabat məruzələri edəcək. Ümumi Asssambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spyros Capralosun Bakı-2015 məlumatı və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) hesabatı dinləniləcək. XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Asssambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü “Pyotr Norivski” adına mükafatlar da təqdim olunacaq.

 

Baş Assambleyadan bir gün əvvəl- noyabr ayının 20-də “Fairmont Baku Flame Towers” otelində AOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək. Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Ümumi Assambleyası başa catdıqdan sonra noyabr ayının 22-də saat 13:00-da “Fairmont Baku Flame Towers” otelində KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502
avatar

Tengiz Məmmədov

Oxşar yazılar