Ançelottidən Luis Enrikeyə: "Ronaldonu ondan soruşmadan əvəzləyirəm"
23 oktyabr 2014 17:35 (UTC +04:00)

Ançelottidən Luis Enrikeyə: "Ronaldonu ondan soruşmadan əvəzləyirəm"

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti maraqlı açıqlaması ilə gündəmi zəbt edib. Lent.az-ın məlumatına görə, Çempionlar Liqasında “Liverpul”la oyunun ikinci hissəsində Kriştianu Ronaldonu əvəzləyən italyan çalışdırıcı “Barselona”nın baş məşqçisi Luis Enrikeyə mesaj göndərib: “Mən Ronaldonu ondan soruşmadan əvəzləyirəm”.

Ançelottinin bu açıqlaması həftəsonu keçiriləcək “El-Klasiko” öncəsi ortalığı qarışdırıb. Xatırladaq ki, “Barselona” – “Eybar” matçında Luis Enrike komandanın lideri Lionel Messini əvəzləmək istəsə də, argentinalı buna razı olmamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar