AFFA "Bakı"nı 1000 manat məbləğində cərimələyib. Lent.az-ın məlumatına görə, buna "Bakı"nın beş futbolçusunun Azərbaycan Premyer Liqasının birinci turunun təxirə salınmış "Simurq"la matçında sarı vərəqə ilə cəzalanması səbəb olub. Xatırladaq ki, həmin qarşılaşma “zolaqlılar”ın 1:0 hesablı qələbəsi ilə nəticələnib.