Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ" klubu oyunun hazırlıqlarını davam etdirir. Lent.az-ın məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar müxtəlif yığmalara gedən futbolçularla yanaşı, Danilo Dias və Çumbinyo da zədə səbəbindən komandadan kənar düşüb. Belədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyununun hazırlıqlarına əvəzedici heyətdən bir neçə futbolçunu da cəlb edib.
Qeyd edək ki, Premyer Liqanın VIII turunun "Qarabağ" - "Qəbələ" oyunu oktyabrın 18-də keçiriləcək.