"Neftçi"nin daha bir futbolçusu yığmaya çağırıldı
09 oktyabr 2014 10:27 (UTC +04:00)

"Neftçi"nin daha bir futbolçusu yığmaya çağırıldı

"Neftçi”nin aparıcı oyunçularından olan Julius Vobay klubun düşərgəsini tərk edib. Buna səbəb təcrübəli yarımmüdafiəçinin Syerra-Leone millisindən dəvət almasıdır.

 

Lent.az-ın məlumatına görə, Vobay Bakıya oktyabrın 15-də qayıdacaq. Xatırladaq ki, komandnın üzvlərindən Emil Balayev, Elvin Yunuszadə, Elnur Allahverdiyev və Araz Abdullayev hazırda Azərbaycan yığmasının heyətindədir. Bundan əlavə braziliyalı yarımmüdafiəçi Flavinyo müalicəsini davam etdirmək üçün İtaliyaya gedib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar