Avro-2016-nın seçmə mərhələsində Latviya ilə heç-heçə (1:1) oynayan Türkiyə yığmasının baş məşqçisi Fatih Terim açıqlama verib. Lent.az-ın məlumatına görə, komandasının son oyununu şərh edən “İmperator” ləqəbli çalışdırıcı məsuliyyəti öz üzərinə götürüb: “Təbii ki, heç-heçə məni qane edə bilməz. Qələbə qazanmalıydıq. Futbolçularım əllərindən gələni etdilər. Günahkar mənəm. Çünki heyəti mən qururam. Əgər qələbə qazana bilməmişiksə, deməli, bütün məsuliyyəti öz üzərimə götürməliyəm. Son 2 oyunda 6 xal toplamalıydıq. Di gəl ki, cəmi 1 xal qazana bildik. Bu durum məni də narahat edir”.

Oxşar yazılar

24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51
Lamin Yamal sevimli oyunçusunun adını çəkdi - bu, Neymar və Messi deyil
29 iyun 2025 , 14:02
"Çelsi" dünya çempionatının 1/4 finalına yüksəldi
29 iyun 2025 , 04:19
"Palmeyras" dünya çempionatının 1/4 finalında
29 iyun 2025 , 01:32
Poqba "Monako" ilə müqavilə imzaladı
28 iyun 2025 , 21:52
"Barselona" Messinin maaş borcunu indi ödəyir
28 iyun 2025 , 17:53
30 milyonluq futbolçunu 100 milyona satırlar - 4 klub onu istəyir
28 iyun 2025 , 16:41