<span style="color:red;">Azərbaycan Kuboku:  Meydan sahibləri qələbəyə həsrət qaldı
12 mart 2014 18:16 (UTC +04:00)

Azərbaycan Kuboku: Meydan sahibləri qələbəyə həsrət qaldı

Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk oyunları keçirilir. Lent.az-ın məlumatına görə, artıq başa çatan 3 oyunun heç birində meydan sahibləri qələbə qazana bilməyib.

 

Qonaq komandalardan isə yalnız “Bakı” qalib gələ bilib. “Rəvan”la görüşdən minimal üstünlüklə ayrılan paytaxtın eyniadlı təmsilçisi yarımfinala vəsiqə şanslarını yüksəldib. “Qəbələ” evdə “Qarabağ”la qolsuz heç-heçə edib. I divizion təmsilçisi “Araz Naxçıvan” isə öz meydanında “Xəzər Lənkəran”a məğlubiyyətdən uzatma dəqiqələrində dəqiq penalti zərbəsi ilə qurtulub.

 

12 mart (çərşənbə)

 

“Qəbələ” – “Qarabağ” (Ağdam) – 0:0

 

“Rəvan” (Bakı) – “Bakı” – 0:1

Qol: Cavid Hüseynov, 23

 

“Araz Naxçıvan” – “Xəzər Lənkəran” – 1:1

Qollar: Tərlan Xəlilov, 90+4 – penalti ilə - Alvaro Silva, 69

İstifadə olunmamış penalti: Sadio Tounkara, 31 (“Xəzər Lənkəran”)

Qırmızı vərəqə: Alvaro Silva, 90+3 (“Xəzər Lənkəran”)

 

¼ final mərhələsinin ilk oyunlarına “Şəfa” stadionunda “İnter”lə “Neftçi” arasında keçiriləcək oyunla yekun vurulacaq. Matç saat 19:00-da başlanacaq. 

# 610
avatar

Oxşar yazılar