“Atletiko”nun gənc futbolçusu Koke İspaniya mətbuatına maraqlı açıqlama verib.
Lent.az-ın məlumatına görə, “Messi güclüdür, yoxsa Ronaldo?” sualına istedadlı yarımmüdafiəçi belə cavab verib: “Seçim etmək çətindir, çünki hər ikisi dahi futbolçudur. Ronaldo atletdir, Messi isə futbol tanrısı. Messinin meydanda etdikləri insana zövq verir. İstənilən komanda bu cür futbolçulara sahib olmaq istər. Çətin olsa da, seçimim Messidir”.