Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan İtaliyanın "İnter" klubu baş məşqçisini dəyişə bilər. Lent.az-ın məlumatına görə, klub rəhbərliyi hazırkı çalışdırıcı Valter Matsarrinin işindən narazıdır. Bu səbəbdən yeni məşqçi axtarışına çıxan “İnter”in ilk namizədi Valter Zenqadır. 54 yaşlı məşqçinin son iş yeri “Əl-Cəzirə” klubu olub. Onun “neradzurra”nın yeni baş məşqçisi olmaq şansı yüksəkdir. Daha bir uğursuz nəticə qeydə alınacağı halda, klub rəhbərliyi Matsarri ilə yolları ayıracaq.
Qeyd edək ki, 6 turdan sonra 8 xal toplayan “İnter” 10-cu pillədə qərarlaşıb.