“Qarabağ”dan Ukraynadakı azərbaycanlılara müraciət: <span style="color:red;">"Yanımızda olun"
20 oktyabr 2014 11:36 (UTC +04:00)

“Qarabağ”dan Ukraynadakı azərbaycanlılara müraciət: "Yanımızda olun"

Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” Ukraynada yaşayan soydaşlarımıza müraciət edib. Lent.az-ın qol.az-a istinadən verdiyi xəbərə görə, klubun direktoru Əmrah Çəlikəl oktyabrın 23-də “Dnepr”lə qarşılaşmada Ukraynada, xüsusilə paytaxt Kiyev şəhərində yaşayan, çalışan və təhsil alan azərbaycanlılardan dəstək gözlədiklərini bildirib: “Dnepr”lə oyun “Qarabağ” üçün xüsusi əhəmiyyət daşıyır. Bu matçda qanazacağımız uğur qrupdan çıxmaq uğrunda mübarizə aparmaq şansımızı daha da artıracaq. Biz Ukraynada Azərbaycan diasporasının güclü olduğunu bilirik. Onların Azərbaycan və Qarabağ həqiqətlərinin həmin ölkədə tanıdılması istiqamətində həmişə fəal iş apardıqlarından məlumatlıyıq. İnanırıq ki, Ukraynada yaşayan azərbaycanlılar “Dnepr”lə oyun günü stadiona gələrək işğal altındakı Qarabağımızın adını daşıyan komandanın – “Qarabağ”ın yanında olacaq, ona sonadək dəstək verəcək və bunun da sayəsində biz Kiyevdə uğur qazanacağıq”. 


Əmrah Çəlikəl bildirib ki, “Qarabağ” klubu matçı stadiondan canlı izləmək istəyən azərbaycanlı azarleşləri pulsuz biletlərlə təmin edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635
avatar

Tengiz Məmmədov

Oxşar yazılar