“Qarabağ” Reynaldo Silvadan sonra daha bir futbolçusu ilə müqavilə yeniləyib. Lent.az-ın futbol11.az-a istinadən verdiyi məlumata görə, “Qarabağ” qışda müqaviləsi başa çatacaq Riçard Almeyda ilə 3 illik müqavilə imzalayıb. Futbolçu növbəti 3 mövsümdə də “Qarabağ”ın formasını geyinəcək. Klub rəsmiləri də bu xəbəri təsdiqləyib.