“Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyder karyerasını İngiltərədə davam etdirə bilər. Lent.az-ın məlumatına görə, 30 yaşlı futbolçu ilə Premyer Liqanın 2 klubu yaxından maraqlanır. Belə ki, “Mançester Yunayted” və “Çelsi” Sneyder uğrunda mübarizəyə başlayıb. Hollandiya yığmasının üzvü İngiltərəyə köçməyin əleyhinə deyil. Onun “Qalatasaray”da maaşların gecikməsindən və son vaxtlar az oynamasından narazı olduğu bildirilir.
Qeyd edək ki, karyerası ərzində Madrid “Real”ı və “İnter” kimi klubların formasını geyinmiş Sneyder 2013-cü ildən “Qalatasaray”da çıxış edir.