“Qalatasaray” – “Fənərbağça” matçını Çakır idarə edəcək
15 oktyabr 2014 17:22 (UTC +04:00)

“Qalatasaray” – “Fənərbağça” matçını Çakır idarə edəcək

Dünyanın ən məşhur futbol derbilərindən olan “Qalatasaray” – “Fənərbağça” matçına 3 gün qalıb. Lent.az-ın məlumatına görə, Türkiyə Superliqasının 6-ci turu çərçivəsində baş tutacaq İstanbul derbisini FİFA referisi Cüneyt Çakır idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongun yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Alpaslan Dedeş yerinə yetirəcək.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbağça” derbisi oktyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767

Oxşar yazılar