İngiltərə Premyer Liqasınınn 8-ci turuna “Vest Bromviç” – “Mançester Yunayted” oyunu ilə yekun vurulub. Lent.az-ın məlumatına görə, Lui van Qalın komandası yenə xal itkisi ilə üzləşib. Belə ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. “Mançester Yunayted” matçın gedişində 2 dəfə hesabda geri düşsə də, məğlubiyyətdən xilas olmağı bacarıb. “Mankunianlar”ın qollarına Fellaini və Blind imza atıblar.
Qeyd edək ki, 8 turdan sonra 12 xal toplayan “Mançester Yunayted” turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.