"Bavariya"nın fransız futbolçusu Frank Riberi zədəsini sağaldıb. Lent.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi komanda ilə məşqlərə başlayıb. Riberinin Çempionlar Liqasında “Roma” ilə matçda iştirak edəcəyi bildirilir. Qeyd edək ki, Riberi ÇL-də "Mançester Siti" ilə keçirilən oyunda zədə almışdı.