“Arsenal”ın almaniyalı futbolçusu Lukas Podolski yanvarda komandasını dəyişə bilər. Lent.az-ın məlumatına görə, 29 yaşlı hücumçu ilə “Tottenhem” yaxından maraqlanır. London klubunun rəhbərliyi Emmanuel Adebayor və Roberto Soldadonun çıxışından tam razı deyil. Bu səbəbdən “Tottenhem” qış transferi dövründə hücum xəttini gücləndirməyi planlaşdırır. Premyer Liqa təmsilçisi bu transferə 12 milyon avro xərcləməyə hazırdır. Podolski ilə “Qalatasaray”, “İnter” və “Yuventus” da danışıq aparır.
Qeyd edək ki, “Arsenal” və “Tottenhem” düşmən komandalarsayılırlar.