"Qızıl top"a son 3 namizəd bəlli oldu
01 dekabr 2014 16:52 (UTC +04:00)

"Qızıl top"a son 3 namizəd bəlli oldu

FİFA "Qızıl top" mükafatına namizəd 3 futbolçunun adını açıqlayıb. Lent.az-ın məlumatına görə, “üçlük”də Madrid “Real”ının üzvü Kriştianu Ronaldo, "Barselona"nın argentinalı futbolçusu Lionel Messi və "Bavariya"nın, həmçinin Almaniya yığmasının 1 nömrəli qapıçısı Manuel Noyer yer alıblar. Mükafatın qalibinin adı yanvarın 12-də bəlli olacaq.

Qeyd edək ki, Ronaldo 2014-cü ildə Çempionlar Liqasının, İspaniya Kubokunun və UEFA Superkubokunun qalibi adını qazanıb. Messi dünya çempionatındakı ikinciliklə kifayətlənibsə, Noyer dünya çempionu və Almaniya Bundesliqasının qalibi adına yiyələnib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2230

Oxşar yazılar