“Qalatasaray”ın futbolçusu 14 aydan sonra yığmaya çağırıldı
08 oktyabr 2014 11:10 (UTC +04:00)

“Qalatasaray”ın futbolçusu 14 aydan sonra yığmaya çağırıldı

 

Türkiyə yığmasının baş məşqçisi Fatih Terim heyətə yeni futbolçu dəvət edib. Təcrübəli çalışdırıcı “Qalatasaray”ın üzvü Həmid Altıntopu milliyə çağırıb. 32 yaşlı yarımmüdafiəçi 14 aydan sonra yenidən yığmanın formasını geyinəcək. Qeyd edək ki, “ay-ulduzlular” AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Çexiya və Latviya ilə oyunlar öncəsi zədə epidemiyası ilə üzləşib. Analoji səbəbdən Onur Kıvrak, Volkan Dəmirəl, Ömər Toprak kimi futbolçular millinin heyətindən kənarlaşdırılıb.

 

 

Heyətə yeni çağırılan Altıntop bu vaxta qədər 81 dəfə millinin formasını geyinib və 8 qola imza atıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar