Gün gəldi! Ukrayna idmanının seks simvolu olduqlarını iddia edən üç gözəl birgə foto çəkdiriblər.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, Antalyadakı Gloria Sports Arenada millinin məşq toplanışında hündürlüyə tullanma üzrə dünya çempionatının gümüş mükafatçısı Yuliya Levçenko, dzyüdo üzrə ikiqat dünya çempionu Darya Beloded və daha bir hündürlüyə tullanma üzrə Avro-2021-in gümüş medalçısı İrina Qeraşenko bir araya gəliblər.
Üç gözəlin əks olunduğu fotonu özünün Instagram səhifəsində Darya Beloded paylaşıb.