UEFA ÇL: “Qalatasaray”  Fransadan əliboş qayıtdı
10 dekabr 2025 01:58 (UTC +04:00)

UEFA ÇL: “Qalatasaray” Fransadan əliboş qayıtdı

0

"Qalatasaray" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi səfərdə Fransanın "Monako" klubu ilə üz-üzə gəlib.

"Stade Luis 2" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayan matçda meydan sahibləri qələbə qazanıb: 1:0.

Folarin Baloqun görüşdə yeganə qolun müəllifi olub. "Monako"nun heyətində 51-ci dəqiqədə Denis Zakariya penaltidən yararlana bilməyib.

Bu məğlubiyyətdən sonra "Qalatasaray" 9 xalda qalıb, Fransa təmsilçisi isə öz növbəsində xallarının sayını 9-a yüksəldib.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, VI tur
00:00. "Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə) 1:0
Qol: Baloqun, 68

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar