Türkiyədə qapıçı topla qağayıya  zərbə endirdi - Quşun taleyi necə oldu?
25 fevral 2026 13:04 (UTC +04:00)

Türkiyədə qapıçı topla qağayıya zərbə endirdi - Quşun taleyi necə oldu?

0

Türkiyə Həvəskarlar Liqasının pley-off finalı “Mövlanakapı Güzelhisar” və “İstanbul Yurdum Spor” arasında keçirilib. Komandalar yeni diviziona vəsiqə uğrunda mübarizə aparırlar.

Lent.a-zın xarici mediaya istinadən məlumatına görə, oyun zamanı “İstanbul”un qapıçısı Muhammet Uyanık topu irəli göndərərkən havada bir qağayıya dəyib və nəticədə qağayı dərhal yerə düşüb. Əvvəlcə qapıçı quşu vurduğunun fərqinə varmayıb.

Komandanın kapitanı Qani Katan dərhal ilk tibbi yardım göstərmək üçün qağayının yanına qaçıb.

İlk baxışdan quş ölü görünüb, amma Katan onu masaj etməyə başlayıb. Sonra, ilk həyat əlamətləri aşkarlanan kimi, Katan onu kənara aparıb işçilərə təhvil verdi.

Qağayı sağ qalıb, “İstanbul” isə uduzub, amma azarkeşlərinin qəlbini fəth edib.

"Çempionluq titulunu itirdik, amma bir quşun həyatını xilas etməyə kömək etmək yaxşı bir şeydir. Bu, çempionluğu qazanmaqdan daha vacib idi", - Katan qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar